'Şeirə Qəzələ' (DƏŞTİ) Sənin eşqin məni gətirdi dilə Necə aşiq olur bülbüllər gülə Həsrət çəkdim Səni sevdim Könül verdim mən Belə bir gözələ Eşqimi təzələ Şeirə qəzələ Könül verdim Şeirə qəzələ Əgər məndən ayrı gəzib dolansan Məni öz eşqinə biganə saysan Alışaram Od tutaram Həm yanaram mən Unudabilmirəm Sənsiz mən gülmərəm Könlümü vermərəm Heç kəsə mən Könlümü vermərəm